...

AZƏRBAYCAN YIĞMASI QADIN İSLAM OYUNLARINDA HESABI AÇIB

Cəmiyyət Materials 29 Sentyabr 2005 17:39 (UTC +04:00)

Azərbaycan yığması bu günlərdə Tehranda keçirilən qadın İslam Oyunlarında medal qazanmaqla hesabı açıb.

Trend ə məlum olduğuna görə, Afina Olimpiadasının bürünc medalçısı İradə Haşımova güllə atıcılığı üzrə yarışda qalib gələrək uğur qazanıb. Karateçilər arasında Gülnar Musayeva (60 kq) və Elmira Babayeva (+60 kq) bürünc mükafata layiq görülüblər.

3 dəfə dalbadal qalib gəlməklə öz məğlubedilməzliyini nümayiş etdirən həndbol komandası da finalda meydan sahibinə qalib gəlib. Bu zaman Lyudmila Şubinanın yetirmələri ilkin mərhələdə Ermənistan və İraq komandaların məğlub edib.

Xəbər lenti

Xəbər lenti