...

"Qala" Challenge Cup oyunlarında çıxışını başa çatdırıb

Cəmiyyət Materials 25 Noyabr 2005 13:32 (UTC +04:00)

"Qala" basketbol klubu Permdə son qrup oyunlarında "Ural-Qreyt"ə 78:112 hesabı ilə məğlub olaraq "Challenge Cup" oyunlarının dörddə bir finalına düşə bilməyib.

Trend bildirir ki, görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Fasilədən sonra Rimas Kurtinaytisin yetirmələri görüşün gedişini dəyişməyə çalışsalar da rusiyalılar birinci hissəni olduğu kimi ikinci hissəni də qələbə ilə başa vurub. Son olaraq permlilər qalib gəlib. "Qala"nın tərkibində ən səmərəli çıxışı on altı xal toplamış Qendryus Lukminas nümayiş etdirib.

Beləliklə, Avropa kubokunun növbəti mərhələsinə permlilər, eləcə də qrupda Cənubdan ikinci yeri tutan "Ximik" çıxıb.

Xəbər lenti

Xəbər lenti