Azərbaycanın Səhiyyə Nazirliyi sağlamlaşdırma məsələləri üzrə nazirin 3-cü müavini ştatını yaratmaqla öz ştatını genişləndirib. Nazirlikdən Trend ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər Əziz Əliyev adına Həkimləri Tkmilləşdirmə İnstututunun birinci prorektoru vəzifəsində çalışan Sənan Kərimov təyin edilib.
Beləliklə, bu gün Nazirliyin idarəetmə strukturu belədir: nazir - Oktay Şirəliyev, sanitariya üzrə nazir müavini Abbas Vəlibəyov, əczaçılıq və tibbi avadanlıq üzrə nazir müavini Elsevər Ağayev və sağlamlaşdırma məsələləri üzrə nazir müavini Sənan Kərimov.