...

AMEA yaradılmasının 60 illiyi münasibətilə təntənəli tədbir keçirəcək

Cəmiyyət Materials 6 Dekabr 2005 18:31 (UTC +04:00)

Dekabrın 14-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yaradılmasının 60 illiyinə həsr olunmuş təntənəli tədbir keçirəcək. Bu barədə Trend ə AMEA-da bildirilib.

Tədbirdə yüksək vəzifəli hökumət nümayəndələrinin, eləcə də müxtəlif ölkələrin, xüsusilə Rusiya, Ukrayna, ABŞ, Türkiyə və digər ölkələrdən olan alimlərin, beynəlxalq şirkət nümayəndələrinin iştirakı gözlənilir.

AMEA Azərbaycanın 1945-ci ildə yaradılmış əsas elmi müəssisəsidir. Onun tərkibinə 5 sektor - fizika-riyaziyat və texniki elmlər, torpaq, humanitar və ictimai elmlər, biologiya elmləri, kimya elmləri daxildir.

Xəbər lenti

Xəbər lenti