...

Hacı Məmmədovla bağlı istintaq müddəti yanvarın 10-da başa çatacaq

Cəmiyyət Materials 13 Dekabr 2005 15:19 (UTC +04:00)

Yanvarın 10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, çoxsaylı cinayət əməllərində təqsirli bilinən Hacı Məmmədovla bağlı istintaq müddəti başa çatacaq. Bu barədə Trend ə Hacı Məmmədovun vəkili Rafiq Məmmədov məlumat verib.

Vəkil bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq İdarəsi tərəfindən icra olunan ibtidai istintaqın gedişatında çoxsaylı şahid dindirilib. "Ola bilsin ki, H.Məmmədovla bağlı istintaq müddəti Baş prokuror tərəfindən növbəti dəfə uzadılsın. İstintaqçılar hələlik bununla bağlı heç bir məlumat verməyiblər" - deyə vəkil söyləyib.

R.Məmmədov onu da qeyd edib ki, mətbuat səhifələrində Hacı Məmmədovun guya saxlanma şəraitindən və istintaqçıların ona qarşı münasibətindən narazı olduğu bildirilir. Lakin H.Məmmədov hər dəfə vəkili ilə görüşərkən bu faktları təkzib edir. R.Məmmədov: "Hacı Məmmədov həm saxlanma şəraitindən, həm də istintaqçıların ona qarşı münasibətindən razıdır. Səhhəti də normaldır".

Xəbər lenti

Xəbər lenti