...

Hirkan dövlət yasaqlığı yaradılıb

Cəmiyyət Materials 22 Dekabr 2005 18:24 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabinetinin 21 dekabr tarixli sərəncamı ilə Hirkan dövlət yasaqlığı yaradılıb. Bu barədə Trend ə ekologiya və təbii sərvətlər nazirliyində bildirilib.

2252 ha sahəni əhatə edən Yasaqlığın yaradılmasında məqsəd məhv olmaq təhlükəsi altında olan və Azərbaycanın "Qırmızı kitabı"na düşmüş vəhşi heyvan növlərinin köçmə proseslərinin mühafizəsidir.

Ekologiya və təbii sərvətlər nazirliyi Hirkan meşələrinin UNESCO-nun Ümumdunya irs siyahısına daxil edilməsi üçün iş aparır. Hirkan meşələri bütövlükdə qoruqdur.

Xəbər lenti

Xəbər lenti