...

Bələdiyyə teatrında "Xəyanətin müsibəti" faciəsi səhnələşdiriləcək

Cəmiyyət Materials 6 Fevral 2006 16:25 (UTC +04:00)

Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq, Bələdiyyə Teatrı repertuarına İnqilab Kərimovun dini movzuda yazdığı əsərini daxil edib. "Xəyanətin müsibəti" adlanan bu tarixi faciəyə rejissor Zirəddin Tağıyev quruluş verəcək.

Yaxın vaxtlarada premyerasının keçirilməsi nəzərdə tutulan tamaşaya Səməd Bayramov səhnə tərtibatı verəcək. Tamaşadakı qəhrəmanların obrazını isə Əfqan Soltanov (İmam Həsən), Elxan Rzayev (İmam Hüseyn), Azad Şükürov (Müaviyə), Əhməd Salahov (Yezid) və başqaları canlandıracaq. Bələdiyyə Teatrında məşqləri gedən digər tamaşa isə fransız dramaturqu J.B.Molyerin "Fırıldaqçı" əsəri əsasında səhnələşdirilir. Bu tamaşaya rejissor Tural Ağayev quruluş verəcək.

Xəbər lenti

Xəbər lenti