...

Azərbaycan mədəniyyət fondunda tədbirlər silsiləsinə martin əvvəllərində start veriləcək

Cəmiyyət Materials 20 Fevral 2006 15:47 (UTC +04:00)

Azərbaycan Mədəniyyət Fondu ölkəmizlə Özbəkistan arasında mədəni əlaqələri genişləndirmək məqsədilə yeni birgə layihə üzərində işləyir. Fondun təşəbbüsü ilə hazırlanan layihə çərçivəsində silsilə tədbirlər həyata keçiriləcək. Martın ilk günlərində start veriləcək tədbirlər Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşəcək. Trend ə verilən məlumata görə, layihənin baş tutması üçün artıq Özbəkistan səfirliyi ilə razılaşma əldə olunub. İlk öncə onların köməkliyilə mərhum şair Xəlil Rza Ulutürkün yeni kitabının təqdimat mərasimi keçiriləcək.

Onun əsərləri əsasında kiçik səhnəciklər hazırlamaq üçün Milli Dram Teatrının aktyorları işə cəlb olunublar. Qeyd edək ki, birgə layihə çərçivəsində, həmçinin, Özbəkistan mədəniyyətini özündə əks etdirən sərgilərin, müxtəlif konsertlərin keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti