...

Dünya azərbaycanlılarının II qurultayının iştirakçıları Fəxri Xiyabanı ziyarət edib

Cəmiyyət Materials 15 Mart 2006 11:43 (UTC +04:00)

Dünya azərbaycanlılarının ikinci qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və xarici qonaqlar martıın 15-də səhər saat 10.00 radələrində Fəxri Xiyabanı ziyarət edib.

Trend xəbər verir ki, qonaqlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, onun xatirəsini yad ediblər. Sonra qonaqlar Heydər Əliyev Fonduna yola düşüblər.

Qeyd edək ki, Fəxri xiyabanı ziyarət edən qonaqlar Avropa və MDB ölkələrindən, həmçinin, ABŞ, Kanada, Türkiyə və digər ölkələrdən gəlmiş Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Avropa Parlamentinin üzvləri və digər xarici nümayəndələr idi.

Qurultay iştirakçılarının digər bir qismi isə bu gün saat 14.00-da Heydər Əliyevin məzarını ziyarət edəcək.

Xəbər lenti

Xəbər lenti