...

Azərbaycan hakimləri Gürcüstana səfər edəcəklər

Cəmiyyət Materials 31 Mart 2006 14:39 (UTC +04:00)

Aprel ayının üçüncü ongünlüyündə bir qrup Azərbaycan hakimi Gürcüstan Respublikasına səfər edəcəklər. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

C.Hüseynov bildirib ki, hakimlərimizin qonşü ölkəyə səfərində məqsəd orada keçiriləcək Hakimlərin II Beynəlxalq Qurultayında iştiirak etməkdən ibarətdir. "Son vaxtlar Azərbaycanın məhkəmə hakimləri beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Hakimlərimizin digər ölkələrə səfərləri, həmin ölkələrin məhkəmə sistemləri ilə tanışlıqları, bu sahədə təcrübə toplamaları prosesi intensivləşir. Gürcüstanda keçiriləcək qurutlayın işində isə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsinin, Apellyasiya və Ali Məhkəmələrin hakimləri iştirak edəcəklər. Digər ölkələrlə yanaşı bizim hakimlərimizin də qurultay iştirakçıları qarşısında məruzələri gözlənilir" - deyə C.Hüseynov bildirib.

C.Hüseynov onu da qeyd edib ki, beynəlxalq konfrans Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda məhkəmələrlə bağlı həyata keçirdiyi çoxşaxəli proqramın bir qoludur.

Xəbər lenti

Xəbər lenti