...

Təhsil naziri ixtisaslaşdırılmış məktəblərdə buraxılış imtahanlarına dair əmr imzalayıb

Cəmiyyət Materials 3 Aprel 2006 20:11 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov "Bakı şəhərinin Xətai rayonunda və İmişli rayonunda ixtisaslaşdırılmış ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi üzrə göstərişlər"in təsdiqinə dair əmr imzalayıb. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyində bildirilib.

Sənəddə müvafiq qurumlara yerlərdə izahat işi aparılması, lazımi tədbirlərin həyata keçirilməsi tapşırılır. Xatırladaq ki, bu günlərdə nazir həmçinin "2005-2006-cı tədris ilində ölkənin ümumtəhsil məktəblərində buraxılış imtahanlarının keçirilməsi haqqında" əmr imzalayıb. Əmrə əsasən, IX siniflərdə ana dili və cəbr fənlərindən yazılı, Azərbaycan tarixi və fizika fənlərindən isə şifahi imtahanlar, X və XI siniflərdə 7 fənn üzrə - 4 yazılı və 3 şifahi imtahan keçiriləcək.

Əmrə əsasən, IX siniflərdə yazılı imtahanlar iyunun 3-də və 16-da, X-XI siniflərdə isə iyunun 6-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti