...

Bakıda "Cənubi Qafqazda sabit inkişafın təminatında biomüxtəlifliklərin rolu" mövzusunda konfrans başlanıb

Cəmiyyət Materials 22 May 2006 19:02 (UTC +04:00)

Mayın 22-də Bakıda "Cənubi Qafqazda sabit inkişafın təminatında biomüxtəlifliklərin rolu. Azərbaycan: nailiyyətlər və perspektivlər" adlı beynəlxalq konfrans başlanıb. Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu növ tədbirlərin ölkədə keçirilməsinin əhəmiyyətini vurğulayıb. "Azərbaycan - zəngin təbii ehtiyatlara və əlverişli coğrafi şəraitə malik ölkədir" - deyə o qeyd edib. Nazir vurğulayıb ki, bu müddət ərzində respublikada 6 milli park salınıb və bu işlər hökumət başçısının dəstəyilə davam etməkdədir.

"Xüsusi mühafihə olunan təbii ərazilərin sahəsi 478 min hektardan 605 min hektara qədər genişləndirilib. Dünya Bankı ilə birgə gerçəkləşdirilən 17 mln. dollarlıq layihə çərçivəsində Şahdağ milli parkının və alman vəsaitləri hesabına Yalama-Samur qoruğunun salınması gündəlikdədir" - deyə nazir vurğulayıb.

Almaniyanın Təbiətin Qorunması üzrə Federal Agentliyinin prezidenti Hartmut Foqtmann birgə layihələrin gerçəkləşdirilməsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

Konfransda 7 xarici ölkədən (Almaniya, Gürcüstan, Belçika, Polşa, Avstriya, Estoniya və Rumıniya) 15 mütəxəssis, eləcə də NATO-nun Belçikadakı nümayəndəsi Emaniel Sanqiniti iştirak edib.

Xəbər lenti

Xəbər lenti