...

Azərbaycanda uşaq alverinə qarşı mübarizə gücləndirilir

Cəmiyyət Materials 9 İyun 2006 15:46 (UTC +04:00)

Azərbaycanda uşaq alverinə qarşı mübarizə gücləndirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, yaxın vaxtlardan etibarən bu qurum da uşaq alveri ilə bağlı araşdırmalar aparacaq.

Araşdırmalar Komitənin Əsasnaməsinin təsdiqlənməsindən sonra baş tutacaq. Belə ki, bu Əsasnamə Komitəyə uşaq alveri ilə bağlı araşdırmalar aparmağa səlahiyyət verəcək.

Hazırda isə Dövlət Komtəsində uşaq alveri ilə bağlı məlumatlar toplanır. Komitə DİN və digər hüquq mühafizə orqanları ilə də əməkdaşlıq edəcək. Belə ki, uşaq alveri ilə bağlı hər hansı araşdırmanın nəticəsi həmin qurumlara təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti