...

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Buxarestdə keçiriləcək müşavirədə iştirak edəcək

Cəmiyyət Materials 17 İyun 2006 13:49 (UTC +04:00)

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iyunun 17-də Buxarestdə keçiriləcək Avropa MOK-larının müşavirəsində iştirak edəcək.

Ç.Hüseynzadənin Trend ə verdiyi xəbərə görə, iclasda Pekin Olimpiyadasına birgə hazırlıq, bu və ya digər idman növü üzrə birgə təlim-məşqlərin keçirilmə məsələləri müzakirə olunacaq.

İştirakçılar nümayəndə heyətlərinin gələcəkdə Pekində yaşama şəraitlərinə də xüsusi diqqət ayıracaq və Pekində yeni idman obyektlərinin tikintisi ilə bağlı fikir mübadiləsi aparacaqlar. "Buxarestdə gələcək Olimpiyada ilə bağlı bir sıra texniki məsələlərə və bütün mühüm xırdalıqlara diqqət veriləcək. Ona görə də biz bir çox məsələləri müzakirə etməliyik", - deyə respublikanın MOK vitse-prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti