...

Qobustan Həbsxanasında saxlanılan 109 məhbus aclıq aksiyasına başlayıb

Cəmiyyət Materials 29 İyun 2006 19:29 (UTC +04:00)

Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) nəzdində olan Qobustan Qapalı həbsxanasında ömürlük həbsdə saxlanılan məhbuslar aclıq aksiyasına başlayıblar. MQİBİ-nin şöbə rəisi Rafiq Ramazanov Trend ə bildirib ki, məhbuslar saxlanıldıqları şəraitə etiraz olaraq yox, barələrindəki cəzanın dəyişdirilməsi ilə bağlı aclıq aksiyası keçirirlər.

R.Ramazanov onu da bildirib ki, məhkumların guya məktub və ərizələrinin həbsxanadan kənara çıxmamasına və müvafiq instansiyalara çatdırılmamasına irad tutmaları yersizdir. Çünki onların bütün məktub və ərizələri lazım olan instansiyalara çatdırılır.

"Prezidentin və yaxud məhkəmələrin ünvanına yazılmış məktubların zərfi heç həbsxana rəisi tərəfindən açılmır da. Həmin məktublar qısa müddət ərzində ünvanına çatdırılır. Məlum olduğu kimi, həmin məhbusların əksəriyyətinin şikayətlərinə apellyasiya və ali məhkəmə instansiyalarında baxalıb. Əgər məktublar həbsxanadan çıxmasa, həmin instansiyalara da gedib çatmaz" - deyə R.Ramazanov bildirib.

R.Ramazanov həmçinin qeyd edib ki, aclığı dayandırmaq üçün məhbuslara heç bir təzyiq göstərilmir.

Qeyd edək ki, ömürlük həbsə məhkum edilmiş məhbuslar barələrindəki cəzanın 15 illik həbs cəzası ilə əvəz olunması ilə bağlı müvafiq instansiyalara müraciət ediblər. Məhkumlar quldurluq məqsədilə qətl törətdiyinə görə ömürlük həbsə məhkum edilmiş Samir Hacıyevin cəzasının 15 illik cəza ilə əvəz olunmasından sonra qərara alıblar ki, həmin humanistlik onlara da şamil edilməlidir.

Xəbər lenti

Xəbər lenti