...

2006-2007-ci il üçün orta ixtisas təhsil müəssisələrinə qəbul üzrə plan yerlərinin artırılması gözlənilir

Cəmiyyət Materials 29 İyun 2006 19:30 (UTC +04:00)

2006-2007-ci il üçün orta təhsil müəssisələrinə qəbul üzrə plan yerlərinin artırılması gözlənilir. Bu barədə Trend ə Tələbə qəbulu üzrə Dövlət Komissiyasından bilidirblər.

Dövlət komissiyasında qeyd ediblər ki, 2005-2006-cı tədirs ilində Azərbaycanın orta təhsil müəssisələri üçün 8788 plan yeri ayrılmışdı. Onların 5080-i pulsuz, 3708- i isə pullu fakultələr idi. 8788 yerdən 7500-ü Azərbaycan bölməsi, qalan yerlər isə rus bölməsi üçün ayrılmışdı.

Bu il orta ixtisas təhsil müəssisələrinə qəbul ölkənin 50 texnikumu üzrə aparılacaq, onlardan 3-ü isə dövlət müəssisəsi deyil. Qəbul əsas təhsil bazası ( 9 illik) əsasında aparılır. Sənədlərin qəbulu ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatdıqdan sonra başlayacaq.

Xəbər lenti

Xəbər lenti