...

Hirkan meşələri və İçərişəhər ilə bağlı məsələlər YUNESKO komitəsinin sessiyasında müzakirə olunacaq

Cəmiyyət Materials 10 İyul 2006 13:40 (UTC +04:00)

Hirkan meşələrinin YUNESKO-nun ümumdünya mədəni və təbii irsi siyahısına salınması və İçərişəhərin vəziyyəti ilə bağlı məsələlər YUNESKO-nun ümumdünya mədəni və təbii irs komitəsinin bu günlərdə Vilnüsdə keçirilən XXX sessiyasının gündəliyinə daxil edilib. Bu barədə Trend ə Azərbaycanın YUNESKO-dakı nümayəndəliyindən məlumat verilib.

YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiya iştirakçılarına təbrik məktubu göndərib və bu məktub sessiyanın açılışında oxunub.

Azərbaycanı sessiyada mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin, Azərbaycanın YUNESKO-dakı nümayəndəsi Eleonora Hüseynova, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümayəndələrinin daxil olduğu heyət təmsil edir.

Azərbaycanla bağlı məsələ sessiyanın sabahkı proqramına daxil edilib.

Xəbər lenti

Xəbər lenti