...

"Neftçi" Azərbaycan çempionatına Almaniyada hazırlaşacaq

Cəmiyyət Materials 19 İyul 2006 15:17 (UTC +04:00)

"Neftçi" qarşıdakı Azərbaycan çempionatına hazırlaşmaq üçün Almaniyaya yola düşüb.

Mətbuat katibi Səbuhi Səfiyarlının Trend ə bildirdiyinə görə, 10 günlük məşqlər zamanı Qurban Qurbanovun oyunçuları 3 yoxlama matçı keçirməyi planlışdırıb. Rumıniya, İsrail və Hollandiya komandaları mümkün rəqib hesab olunur. "Komanda Düsseldorfa bir az əvvəl yola düşməli idi, lakin viza ilə bağlı bəzi problemlər ortaya çıxdı. Hazırda hər şey yoluna qoyulub və artıq heç nə futbolçulara Almaniyada məşq etməyə mane olmayacaq" - deyə S.Səfiyarlı bildirib.

Qeyd edək ki, Almaniyaya yola düşməzdən əvvəl "Neftçi" Türkiyədə də məşqlərdə iştirak edib və bir neçə matç oynayıb.

Xəbər lenti

Xəbər lenti