...

Ərəstun Mehdiyev: "Jurnalistlərə qarşı zorakılıq halları dövlət tərəfindən birmənalı olaraq pislənilir"

Cəmiyyət Materials 20 İyul 2006 14:04 (UTC +04:00)

"Azərbaycanda jurnalistlərə təzyiq faktları dövlət siyasəti kimi qəbul olunmamalıdır". Bu fikirləri Trend ə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.

O, qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olub və hər hansı jurnalist, mətbu orqan cəmiyyətdəki prosesləri işıqlandırmaq üçün basqılara məruz qalmır: "Azərbycanda söz və mətbuat azadlığı mövcuddur və hesab edirəm ki, bu fikirlə hamı razılaşmalıdır. Belə rəy verərkən hazırda Azərabycanda mövcud olan və qeydiyyatda keçən qəzetlərin sayına da nəzər salmaq lazımdır. Əvvəllər bu sahədə müəyyən problemlər var idisə, bu gün artıq 3 minə qədər kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Bu ilin may ayına qədər olan məlumata görə, bu KİV-lərdən 2560-ı məhz mətbu orqandır. Bu KİV-lər öz imkanları, peşəkarlığı səviyyəsində fəaliyyət göstərirlər. Mətbu orqanların çapı üçün də heç bir problem yoxdur".

Ərəstun Mehdiyev qeyd edib ki, jurnalistlərin üzləşdikləri təzyiq halları onların özlərinin proseslərə baxışından, peşəkarlıq səviyyəsindən, nə dərəcədə məsuliyyətli olmasından yaranan problemdir. Onun sözləriinə görə, söz və mətbuat azadlığı sahəsində dövlətiin, ölkə prezidentinin mövqeyi bəllidir - jurnalistlərə öz peşə fəaliyyətlərində heç bir maneə törədilməməlidir: "Jurnalistlər söz və mətbuat azadlığının bərqərar olması üçün fəaliyyətlərini davam etdirməlidirlər. Zorakılıq halları isə dövlət tərəfindən birmənalı olaraq pislənilir. Amma jurnalistlər özləri peşə prinsiplərinə riayət etməlidirlər. Üzləşdikləri problemləri fəaliyyətləri ilə əlaqələndirməli və aydınlaşdırmalıdırlar ki, bu cür basqıların səbəbləri haradan yaranır, nə üçün baş verir. Ondan sonra belə hallar öz qiymətini almalıdır".

Xəbər lenti

Xəbər lenti