...

Azərbaycan və İndoneziya turizm sahəsində əməkdaşlığa dair saziş imzalayacaq

Cəmiyyət Materials 22 İyul 2006 12:41 (UTC +04:00)

Azərbaycan və İndoneziya turizm sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən Trend ə verilən məlumata görə, sazişin layihəsi işlənib hazırlanır.

Sənəddə Azərbaycan tərəfinin ölkədə turizmin inkişafı üçün sərmayənin cəlb olunması ilə bağlı təklifləri, müştərək müəssisələrin yaradılması, Azərbaycan və İndoneziyanın tarixi yerlərinə turist səfərlərinin təşkili layihələri, hər iki ölkənin iri şəhərlərində turizm informasiya mərkəzlərinin yaradılması və s. öz əksini tapacaq.

Nazirlikdən qeyd olunub ki, sənəd ilin sonunadək razılaşdırılacaq və imzalanacaq.

Bundan başqa, turizmə dair biznes forumun keçirilməsi planlaşdırılır. Forumda hər iki ölkənin turizm potensialının təqdimatı keçiriləcək. Forum çərçivəsində sərgilər təşkil olunacaq. Bu sərgilərdə turizm sahəsinə

vəsaitin qoyulması prespektivləri barədə ətraflı məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti