...

Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiası ilə bağlı məhkəmənin başa çatmamasından narazıdır

Cəmiyyət Materials 24 İyul 2006 13:22 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİK) qarşı qaldırdığı iddia ilə əlaqədar məhkəmə prosesinin 4 aya yaxındır ki, başa çatmamasından narazıdır. Bu barədə Trend ə məhkəmənin işində iştirak edən QMİ-nin hüquqi nümayəndəsi Muxtar Mustafayev məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmənin yekun qərar çıxarmasına mane olan səbəb hakimin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertiza keçirilməsi ilə bağlı vəsatətini təmin etməsidir. "Həmin vəsatət ziyarətgahların İslam dininə aid olub-olmaması ilə bağlıdır. Hakim qarşı tərəfin vəsatətini təmin etməklə artıq 4 aya yaxındır ki, məhkəmənin işini süni şəkildə uzadır" - deyə vəkil qeyd edib.

Qeyd edək ki, QMİ-nin DQİDK-nə qarşı məhkəmədə iddia qaldırmasına səbəb DQİDK-nin qanunvericiliyi pozması və QMİ-nin təqdimatı olmadan Lənkəranda "Şeyx Zahid" ziyarətgahını yaratmasıdır. QMİ DQİDK-nin ziyarətgah yaratmasının qanunazidd olması barədə məhkəmədə iddia qaldırıb.

Məhkəmə prosesinə hazırlıq iclası 4 aprel 2006-cı il tarixdə başlasa da, sonradan məlum vəsatətin təmin olunmasına görə məhkəmənin işinə qeyri-müəyyən müddətədək fasilə verilib.

Xəbər lenti

Xəbər lenti