...

Azərbaycanın qızlar arasında otüstü xokkey yığması "Trophy" divizionunda Ukraynaya məğlub olub

Cəmiyyət Materials 24 İyul 2006 15:14 (UTC +04:00)

Azərbaycanın qızlar arasında otüstü xokkey yığması Vilnüsdə qitə birinciliyinin seçmə turniri olan "Trophy" divizionunda çıxışına uğursuz başlayıb.

Trend in xəbər verdiyi kimi, komanda birinci oyunda Ukraynaya 1:4 hesabla məğlub olub. Artıq 6-cı dəqiqədə ukraynalılar Süzana Şabuninanın dəqiq zərbəsindən sonra hesabı açıb. Daha sonra Yevgeniya Moroz fərqi iki topa çatdırıb. 37-ci dəqiqədə İrina Vyaxoyaylonun da zərbəsi hədəfə dəyib. Sonda Adil Paşayevin yetirmələri İnarə İskakovanın səyləri sayəsində vəziyyəti cüzi dərəcədə dəyişdirib. İlhamə Rəhmanova isə Azərbaycan yığmasının qapısından daha bir top keçirib.

İndi vəziyyəti düzəltmək üçün komanda qarşıdakı oyunlarda Litva və Belçika üzərində qələbə qazanmalıdır.

Xəbər lenti

Xəbər lenti