...

Qafqaz Müsəlmanları İdarəsinin başçısı Təbrizdə azərbaycanlılarla görüşüb

Cəmiyyət Materials 8 Avqust 2006 12:14 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Təbrizdə azərbaycanlılarla görüşüb. QMİ mətbuat xidmətinin başçısı Hacı Akifin Trend ə verdiyi xəbərə görə, dini lider İran səfəri çərçivəsində Təbrizdə, oradakı Azərbaycan konsulluğunda olub və bu ölkədə yaşayan həmyerlilərlə görüşüb.

A.Paşazadə İslam Konfransı Təşkilatı ölkələri dini liderlərinin konfransında iştirak edib. Allahşükür Paşazadə öz çıxışında bir daha Dağlıq Qarabağ problemini qaldırıb və forum iştirakçılarının diqqətinə çatdırıb ki, bəzi müsəlman ölkələri də daxil olmaqla, dünya ictimaiyyəti vaxtında bu məsələdə qəti mövqe tutmayıb.

Tehranda olarkən QMİ başçısı İranın xarici işlər naziri Manuçöhr Möttəki ilə görüşüb. Avqustun 8-də QMİ sədri vətənə qayıdır. Paytaxta qayıtmazdan əvvəl, Azərbaycanın dini lideri Naxçıvanda olacaq, orada məscid və ziyarətgahlara baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti