...

"Xəzər" futbol klubu "Neftçi"yə qarşı matça Lənkəranda hazırlaşacaq

Cəmiyyət Materials 8 Avqust 2006 15:19 (UTC +04:00)

"Xəzər" futbol klubu çempioanata mövsümlərarası hazırlıqdan sonra Lənkərana qayıdıb. Burada klub birinciliyin "Nefçi"yə qarşı ev matçına hazırlaşacaq.

Komandanın baş məşqçisi Ağasəlim Mircavadovun Trend ə verdiyi məlumata əsasən, kollektivin tərkibinə 7 legioner daxil olub ki, məşqçi həmin oyunçulara böyük ümid bəsləyir. "Düzdür, biz seleksiyaya gec başladıq, lakin düşünürəm ki, bu idmançılar yüksək yerlər uğrunda mübarizədə "Xəzər"ə köməklik edəcək" - deyə o vurğulayıb. Məşqçi həmçinin deyib ki, onun oyunçuları "Neftçi" ilə matça hazırlaşmaq üçün artıq vaxt əldə edib, çünki gəncəlilərin çempionatda iştirakdan imtina etməsi üzündən lənkəranlılar birinci turu buraxıb.

Ötən mövsümün nəticələrinə əsasən, İntertoto Kubokunda iştirakdan imtina edərək "Xəzər" çempionatda 7-ci yeri tutub.

Xəbər lenti

Xəbər lenti