...

Azərbaycanın taekvando üzrə açıq çempionatının iştirakçıları Bakıya gəlir

Cəmiyyət Materials 9 Avqust 2006 15:42 (UTC +04:00)

Avqustun 19-dan 20-dək keçiriləcək ölkənin taekvando üzrə açıq çempionatının iştirakçı komandaları Bakıya gəlir.

Milli Federasiyadan Trend ə verilən məlumata əsasən, son həftə ərzində Rusiya idmançıları paytaxtda nüfuzlu yarışa hazırlışıb. Avqustun 8-də Bakıya Ukrayna atletləri gəlib, bir neçə gündən sonra isə Polşa idmançıları gələcək. Yarışda təxminən 15 ölkədən olan idmançılar iştirak edəcək. 10 dövlət iştirak edəcəyini artıq təsdiqləyib.

Qeyd etmək lazımdır ki, qarşıdakı start ötən il Avropa Taekvondo Birliyinin beynəlxalq təqviminə daxil edilmiş "A" kateqoriyalı turnirlərdən biridir.

Xəbər lenti

Xəbər lenti