Gələn ilin sonunadək Azərbaycanda daha 11 olimpiya kompleksinin tikilməsi planlaşdırılır. Bu barədə Trend ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda ölkədə 10 olimpiya kompleksi fəaliyyət göstərir. 4 olimpiya kompleksinin isə təməli qoyulub. 2007-ci il ərzində olimpiya kompleksləri olmayan 11 rayonda belə komplekslər tikiləcək.
Qeyd edək ki, sabah - avqustun 10-da Salyan rayonunda olimpiya kompleksinin təməlqoyma mərasimi keçiriləcək. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak edəcəklər.