...

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr Qarabağ mövzusunu müzakirə edəcək

Cəmiyyət Materials 10 Avqust 2006 18:28 (UTC +04:00)

Avqustun 12-də Bakıda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin V Forumu keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Forumda azərbaycanlı tələbələrin milli maraqlarımızın xaricdə müdafiəsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün hansı işlər görülməsi, həmçinin bu istiqamətdə qarşıda duran vəzifələr barədə müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar məruzələr dinləniləcək.

Forum "BP" neft şirkətinin Bayıl qəsəbəsindəki ofisində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti