...

Gənclər və İdman Nazirliyi gənclər təşkilatları tərəfindən hazırlanan yeni layihələri müzakirə edəcək

Cəmiyyət Materials 12 Avqust 2006 12:31 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi sentyabrın 1-də gənclərlə iş üzrə İctimai Şuranın iclaslarını keçirəcək. Bu barədə Trend ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib.

R.Abbasov onu da bildirib ki, sentyabrda daha iki tədbir planlaşdırılıb: Gənclər təşkilatları tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi və gənclər siyasətinin müxtəlif istiqamətlər üzrə çap məhsullarının hazırlanması.

Nazirliyin rəsmisi əlavə edib ki, ölkədə iqtisadi inkişaf olduğuna görə dövlət büdcəsinə yenidən baxılması məsələsi gündəmdədir: "Belə olan halda gənclər siyasətinə ayrıla biləcək maliyyə vəsaitinin artdığını nəzərə alaraq əsasən hərbi vətənpərvərlik, məşğulluq, təbliğedici vasitələrin çapı, treninq və seminarların təşkili, ixtisasartırma və təşviqat kampaniyalarının maliyyələşdirilməsi layihələri planlaşdırılır".

Xəbər lenti

Xəbər lenti