...

Qafqaz Müsəlmanları İdarəsinin başçısı Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi üçün cihad elan etməyə hazırdır

Cəmiyyət Materials 23 Avqust 2006 15:00 (UTC +04:00)

"Mən Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması üçün vaxtı gələndə cihad elan etməyə hazıram". Trend xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə avqustun 23-də Bakıda keçirilən mətbuat konfransında bildirib.

"Düşünürəm ki, bu vaxt çatacaq, lakin hələ sülh danışıqlarının potensialı tükənməyib", - deyə şeyxülislam qeyd edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi onun bir çox ölkələrin yüksək vəzifəli şəxsləri, eləcə də görkəmli din xadimləri ilə görüşü zamanı daim başlıca yeri tutur. Onların əksəriyyəti bizim düzgün işimizi tam dəstəkləyir və münaqişənin həllində Azərbaycana yardım etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti