...

"Karvan" UEFA Kubokundakı çıxışını tamamlayıb

Cəmiyyət Materials 25 Avqust 2006 13:04 (UTC +04:00)

"Karvan" futbol klubu bu gün ikinci raundun "Slaviya"ya qarşı cavab oyununu heç-heçə ilə (0:0) bitirərək, UEFA Kubokundakı çıxışını tamamlayıb.

Trend xəbər verir ki, yevlaxlıların çexlərə 0:2 hesabı ilə məğlub olması onların turnir perspektivlərinin üstündən xətt çəkdiyinə baxmayaraq, Yunis Hüseynovun yetirmələri təkrar qarşılaşmada layiqli görünürdülər. Praqalıların Bakıda inamlı qələbəsi Praqadakı görüşün gedişatını da müəyyən etdi və bu oyunda meydan sahibləri çox da əziyyət çəkmədilər. Onların əsas vəzifəsi əlverişli hesabı saxlamaq idi və "Slaviya" qarşısına qoyduğu məqsədin öhdəsindən gəldi.

Avropa kuboku ilə vidalaşmasına baxmayaraq, kollektivin yarışın birinci raundunu keçə bildiyini nəzərə alaraq, "Karvan" indiki beynəlxalq mövsümü öz aktivinə yaza bilər.

Xəbər lenti

Xəbər lenti