...

Hacı Məmmədovun məhkəməsində müttəhim Sidek Abdulvahabovun dindirilməsi davam etdirilib

Cəmiyyət Materials 7 Sentyabr 2006 20:20 (UTC +04:00)

Sentyabrın 7-də Azərbaycanın Daxili İşlər Nazrliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş müvəkkili Hacı Məmmədovun işi üzrə keçirilən məhkəmə prosesi zərəçəkmişlər və vəkillər tərəfindən dəstə üzvü Sidek Abdulvahabovun dindirilməsi ilə davam etdirilib.

Xatırladaq ki, Hacı Məmmədov və onun başçılıq etdiyi dəstə üzvləri kütləvi qətllərdə və pul almaq məqsədilə insanların oğurlanmasında ittiham olunurlar.

Trend xəbər verir ki, zərərçəkmiş Adil Nəcəfov "Azərmebelsənaye"nin direktoru Nazim Paşayevin oğurlanması və qətli ilə bağlı suallar verib. S.Abdulvahabov bildirib ki, oğurladıqdan sonra ona Nazim Paşayevi mühafizə etmək tapşırılıb. Bu vaxt S.Abdulvahabovla Nazim Paşayevin milliyyətcə çeçen olan ümumi tanışlarının olduğu bəlli olub. Bunu bilən Hacı Məmmədov oğurlananı məhv etməyi əmr edib. Əgər mən bilsəydim ki, Nazimi öldürəcəklər, Hacı Məmmədova ümumi tanışlarımız barədə məlumat verməzdim, - deyə S. Abdulvahabov bildirib.

Sonra zərərçəkmişlərin və vəkillərin suallarını Hacı Məmmədov özü cavablandırıb. O, məhkəməyə bildirib ki, Sidekin qardaşı - Hüseyn Abdulvahabov 1998-ci ilin sonunda Azərbaycan-Türkiyə marşrutu ilə hərəkət edən avtobuslardan birində terakt hazırlayıb, amma o təsadüf nəticəsində baş tutmayıb. Bu sözlərdən sonra Abdulvahabovla H. Məmmədov arasında bir-birinin ünvanına əbədsiz söyüşlər səslənib və onlar bir neçə dəqiqəliyə məhkəmə zalından uzaqlaşdırılıblar. Hakim hər iki tərəfə xəbərdarlıq etdikdən sonra məhkəmə öz işini davam etdirib.

S. Abdulvahabov etiraf edib ki, 2002-ci ildə Ağır Cinayətlərə Dair Məhkəmə tərəfindən ittiham olunaraq (məhkəməyə hazırkı hakim Əli Seyfəliyev sədrlik edib), quldurluqda təqsirli bilinib 12-ci koloniyada 7 il cəza müddəti çəkib. Həbsindən sonra H.Məmmədov S.Abdulvahabov cinayətkar dəstənin üzvü olduğu barədə istintaqa məlumat verib və bundan sonra o, hazırkı məhkəmə prosesinə cəlb olunub.

Proses sentyabrın 8-də davam edəcək.

Xəbər lenti

Xəbər lenti