...

Alim Qasımov Tehranda konsert verəcək

Cəmiyyət Materials 12 Sentyabr 2006 19:05 (UTC +04:00)

Yay mövsümünün son həftəsində Alim Qasımov Tehrandakı "Niyəverən" sarayında açıq səma altında konsert verəcək.

Trend in Tehrandakı xüsusi müxbirin verdiyi məlumata görə, adıçəkilən konsertdə Alim Qasımovu daha 5 Azərbaycan musiqiçisi müşayiət edəcək. Musiqi qrupuna Alimin qızı Fərqanə Qasımova, Rauf İslamov, Natiq Şirinov, Rəfael Əsgərov və Ələsgər Məmmədov daxildilər.

Bir qədər əvvəl konsertin avqustun son həftəsində keçirilməsi planlaşdırılırdı. Lakin konsertin keçirilməsinə icazə gec verildiyindən və reklam üçün az vaxt qaldığından konsert sentyabrın 21-23-də "Niyəverən" sarayında baş tutacaq.

Alim Qasımov artıq iki dəfə İranda konsert verib. Tehranda Azərbaycan musiqi qruplarının ifası İran əhalisi tərəfindən geniş rəğbətlə qarşılanır. Alim Qasımovun 9 albomundan ikisi İranda çıxıb.

Xəbər lenti

Xəbər lenti