...

Oktyabr ayında Venesiya Komissiyası Azərbaycanda "Toplaşmaq azadlığı haqqında" sənədi qəbul etmək niyyətindədir

Cəmiyyət Materials 19 Sentyabr 2006 13:42 (UTC +04:00)

Ehtimal olunur ki, Venesiya Komissiyasının oktyabr ayında keçiriləcək payız sessiyasında Azərbaycanda "Toplaşmaq azadlığı haqqında" sənəd müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə Avropa Şurasının Venesiya Komissiyasının nümayəndəsi Baqdan Auresku sentyabrın 19-da Bakıda jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, bu məsələ ATƏT-in "Azərbaycanda toplaşmaq azadlığı" təcrübəsi üzrə Bakıda keçirdiyi konfransda müzakirə olunur. "Vacib məqamları dəqiqləşdirmək çox aktualdır. Həmin müzakirələr texniki xarakter daşıyır", - deyə B.Auresku bildirib və qeyd edib ki, Venesiya Komissiyasının sessiyasında Avropa Şurasının müxtəlif orqanlarının "bu sahədə qanunvericiliyi necə təkmilləşdirmək lazımdır" barəsində fikri dinləniləcək.

Baqdan Auresku məmnunluqla bildirib ki, Azərbaycan höküməti Venesiya Komissiyasının fikrini öyrənmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti