9 azərbaycanlı yeniyetmə iki aylıq əməklərinin nəticəsini - ətraf mühit, təhsil, aclıq və s. sahəsində video-layihələrini ABŞ Dövlət Departamentinə təqdim ediblər. Bu barədə Trend ABŞ Dövlət Departamentinin rəsmi məlumatına istinadən xəbər verir.
Rəqəmli formatda icra edilmiş bu layihələri yeniyetmələr Azərbaycanda başlayıblar. Hər bir məktəbli ssenari yazıb, rəqəmli təsvirlər yığıb, musiqili fon seçib və kadrarxası səs yazıblar. Sonra onlar ABŞ-a iki həftəlik səfər zamanı bütün bunları bir yerə toplayıblar.
Məktəblilər öz layihələrini ABŞ-ın Dövlət departamentinin Azərbaycan və dünyanın digər ölkələri arasında əlaqə və bilik mübadiləsi Proqramı çərçivəsində, Harmoniya Layihəsi çərçivəsində yaradıblar. Belə ki, 17 yaşlı Fəridə Bəkirova Azərbaycanda dərslərdən sonra məktəb proqramları haqqında video-layihə yaradıb. "Əgər dərslərdən sonra nə isə maraqlı məşğuliyyət olsaydıq, biz məktəbi sevərdik... mən həndbolu sevirəm və əgər məktəbdə komanda olsaydı və mən orada oynasaydım, çox şad olardım", - deyə Fəridə bildirib. Mingəçevirdən olan on yeddi yaşlı Anar Tahirov qeyd edib ki, o, aclıq mövzusunu seçib, çünki onun rayonunda bu problem mövcuddur. "Mən işimi ona görə göstərmək istəyirəm ki, bu problem barədə sadəcə olaraq danışılmasın, bu problemin həll olunmasına daha çox insan cəlb olunsun", - deyə Anar əlavə edib. Elmira Hüseynova bildirib ki, o, təhsil haqqında əhvalatları seçib, çünki o, həkim olmaq istəyir, lakin məktəbdə yaxşı şəraitli laboratoriya yoxdur.
Məktəblilərin işinin təqdimatı zamanı ABŞ dövlət katibi köməkçisinin müavini Alina Romanovski Azərbaycan məktəblilərinin işlərini tərifləyib və bildirib ki, onlar öz ölkələri ilə fəxr etməlidirlər.
Qlobal əlaqələr və bilik mübadiləsi Proqramının digər iştirakçıları Əfqanıstan, Banqladeş, Tacikistan, Türkmənistan, Özbəkistan və West Bank olub. Proqramın məqsədi bütün dünyada məktəblilər və pedaqoqlar arasında əlaqənin yaradılmasıdır.