Azərbaycanda məhkəmə hakimlərinin fəaliyyətinin qiymətləndirilməsi prosesi başa çatıb. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatından məlumat verilib.
Yaxın günlərdə Məhkəmə Hüquq Şurasının planlaşdırılan toplantısında Şura rəhbəri, ədliyyə naziri Fikrət Məmmədov yekun rəylə bağlı Şura üzvlərinə məlumat verəcək.
Oktyabr ayı ərzində yekun rəy prezident İlham Əliyevə təqdim olunacaq.
Qeyd edək ki, 2006-cı ilin əvvəlində prezident İ.Əliyev Məhkəmə Hüquq Şurasına məhkəmə hakimlərinin fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı oktyabr ayınadək möhlət verib.