...

Azərbaycan və Belarus arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin layihəsi hazırlanır

Cəmiyyət Materials 10 Oktyabr 2006 15:16 (UTC +04:00)

Azərbaycan və Belarus arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin layihəsi hazırlanır. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.

Onun sözlərinə görə, sənədin layihəsi ölkənin Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri tərəfindən hazırlanıb və Belarus tərəfinin müzakirəsinə veriləcək. Layihə razılaşdırılan kimi sazişin MDB iştirakçılarının Mədəni Əməkdaşlıq Şurasının növbəti iclası çərçivəsində imzalanması planlaşdırılır.

Bundan başqa, tədbirlər planı da hazırlanıb. Bu planın əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərlə tutulur. Azərbaycan tərəfi 2007-2008-ci illərdə hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi təşəbbüsü ilə də çıxış edib.

Xəbər lenti

Xəbər lenti