...

"Araz" futzal üzrə Çempionlar kubokunun seçmə turnirinin qrup mərhələsində qalib oldu

Cəmiyyət Materials 16 Oktyabr 2006 15:47 (UTC +04:00)

"Araz" futzal klubu Xorvatiyada keçirilən Çempionlar kubokunun seçmə turnirinin qrup mərhələsində qalib oldu.

Trend xəbər verir ki, son turda heç bir məğlubiyyəti olmayan komanda İsveçin "Skovde" komandasına 10:4 hesabi ilə qalib gəlib. Bu qələbə ona Avropa kubokundakı çıxışını davam etdirmək və mövsümün ən güclü komandaları sırasına daxil olmağa imkanv verib. Həmçinin artıq yarışın ilk oyun günündə naxçıvanlılara 5:3 hesabı ilə qalib gələn "Split" komandası da növbəti mərhələyə vəsiqə qazanıb.

Maraqlıdır ki, indiyədək yerli futzal komandaları Çempionlar kubokunun ilk maneəsindən keçə bilmirdilər, ona görə də "Araz"ın indiki çıxışını bütün mənalarda tarixi çıxış kimi qiymətləndirmək olar.

Xəbər lenti

Xəbər lenti