...

Azərbaycan şahmat yığması Batumidə keçiriləcək dünya birinciliyində 80 şahmatçı ilə təmsil olunacaq

Cəmiyyət Materials 19 Oktyabr 2006 13:22 (UTC +04:00)

Azərbaycan şahmat yığması bu günlərdə Batumidə başlayacaq qızlar və oğlanlar arasında dünya birinciliyində geniş heyətdə çıxış edəcək. Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, yerli nümayəndə heyəti müxtəlif yaş kateqoriyalarında 80 idmançı ilə təmsil olunacaq. "Həddən artıq böyük heyət Batuminin yaxın olması ilə izah edilir. Buna görə də yarışda sonuncu Avropa birinciliyinin mükafatçıları da daxil olmaqla, bir çox şahmatçımız iştirak edəcək", - deyə F.Həsənov qeyd edib. Komanda birinciliyində yer tutmağı planlaşdırır. Qeyd edək ki, şahmatçılarımız ənənəvi olaraq belə yarışlarda güclü çıxış edir.

Xəbər lenti

Xəbər lenti