...

Ombudsman əməkdaşları Bakının bir sıra rayonlarındakı müvəqqəti təcridxana və polis şöbələrinə baxış keçirib

Cəmiyyət Materials 28 Oktyabr 2006 10:51 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili aparatının əməkdaşları Bakının bir sıra rayonlarında müvəqqəti təcridxana və polis şöbələrinə baş çəkib. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Ombudsman nümayəndələri mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsi, Xətai, Nizami, Binəqədi, Səbail və Sabunçu rayonlarının polis şöbələrində olub.

Əməkdaşlar təcridxanalarda saxlanılan şəxslərlə görüşərək, onların saxlanma şəraiti, kameraların, gəzinti yerlərinin vəziyyəti ilə tanış olub, dini ayinlərin icrası üçün nəzərdə tutulmuş otaqlara baxış keçirib və öz tövsiyələrini verib. Baxışın nəticələri Daxili İşlər Nazirliyinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti