...

Fuad Ələsgərov: Yeni Məcəllə jurnalistlərə həbs cəzasını nəzərdən keçirəcək

Cəmiyyət Materials 30 Oktyabr 2006 13:50 (UTC +04:00)

Yeni Məcəllə jurnalistlərə həbs cəzasını nəzərdən keçirəcək. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 30-da jurnalistlərə Azərbaycan prezidentinin İcra Aparatının şöbə müdiri Fuad Ələsgərov bəyan edib.

Beynəlxalq təşkilatların jurnalistlərin məsuliyyətinin dekriminallaşdırılması zəruriliyi ilə bağlı bəyanatlarını şərh edərkən F.Ələsgərov qeyd edib ki, bir çox ölkələrdə böhtan və təhqir həm cinayət, həm də inzibati məsuliyyət kimi təqib edilir.

O vurğulayıb ki, Avropa Şurası ilə birgə işçi qrupu yaradılıb. İşçi qrupu yeni Cinayət Məcəlləsi üzərində işləyir və bu proses çərçivəsində jurnalistlərin məsuliyyəti məsələsinə də baxıla bilər.

Xəbər lenti

Xəbər lenti