Noyabrın 16-da Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan Bakıya gəlir.
Trend in xəbər verdiyi kimi, səfər zamanı o, ölkənin gənclər və idman naziri Azad Rəhimov, o cümlədən azərbaycanlı həmkarı Cahangir Əsgərovla görüşmək niyyətindədir. Dialoq zamanı beynəlxalq qurum tərəfindən Azərbaycan Federasiyasına yardım göstərilməsi ilə bağlı məsələnin, o cümlədən orqanizmlərində qadağan olunmuş preparat izlərinin tapıldığı ikiqat dünya çempionu Nizami Paşayev və onun komanda yoldaşı Natiq Həsənovun diskvalifikasiya müddətlərinin azaldılması imkanları müzakirə olunacaq.
Bundan başqa, tərəflərin iri yarışlardan birinin yaxın gələcəkdə Bakıda keçirilməsi imkanlarının müzakirə olunma ehtimalı da istisna edilmir.