...

Azərbaycanda mühakimə olunmuş Əl-Qaidə üzvünün Dağıstanda məhkəməsi başlanacaq

Cəmiyyət Materials 8 Dekabr 2006 15:17 (UTC +04:00)

Dekabrın 13-də Dağıstanın Xasavyut şəhər Məhkəməsində Azərbaycandan Rusiyaya ekstradisiya olunmuş "Əl-Qaidə" terror təşkilatının üzvü Hacı Çankayevin növbəti mühakiməsi başlanacaq. Bu barədə Trend ə Hacı Çankayevni vəkili Elman Osmanov məlumat verib.

Hacı Çankayev 19 aprel 2006-cı il tarixdə Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi tərəfindən 7 il müddlətinə azadlıqdan məhrum edilib. Rusiyanın Baş Prokurorluğunun Azərbaycanın Baş Prokurorluğuna müraciətinə əsasən Çankayev barəsində çıxarılmış hökmdən iki ay sonra həmin ölkəyə ekstradisiya olunub.

Rusiyanın hüquq-mühafizə orqanı tərəfindən əvvəlcə Çankayevə qarşı 2002-ci ilin may ayında Dağıstanda çoxsaylı insanların ölümü ilə nəticələnən terror aktında iştirak etməsi ilə əlaqədar ittihaham irəli sürülüb. Lakin o, Rusiyaya ekstradisiya olunandan və istintaq ediləndən sonra bu ittiham üzərindən götürülüb və üzərində yalnız silahlı birləşmələr yaratmaqda iştirak, o cümlədən qanunsuz odlu silah əldə edib saxlama ittihamı saxlanılıb.

Dekabrın 19-da isə Hacı Çankayevin Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya şikayətinə baxılacaq. O, 19 aprel 2006-cı il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə barəsində çıxarılmış hökmdən əvvəlcə apellyasiya, sonra isə kassasiya şikayəti verib. Vəkilin sözlərinə görə, hazırda Çankayevin Dağıstanda da mühakiməsi başlandığı üçün Azərbaycanın Ali Məhkəməsi şikayətə onun iştirakı olmadan baxacaq və qərarı qiyabi şəkildə qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti