...

Azərbaycan qrossmeystri Şəhriyar Məmmədyarov Astanaya yola düşüb

Cəmiyyət Materials 16 Dekabr 2006 12:49 (UTC +04:00)

Azərbaycan qrossmeystri Şəhriyar Məmmədyarov Astanaya yola düşüb, burada dekabrın 17-də Qazaxıstanın Müstəqillik Gününə həsr edilmiş beynəlxalq turnir keçiriləcək.

Şəhriyarın özünün Trend ə veridiyi məlumata görə, yarış çərçivəsində o, lövhə sahibi Darmen Sadvakasovla iki klassik patiya və sürətli şahmat üzrə iki görüş keçirəcək. Rəqib çox güclü sayılır, belə ki, keçən il analoji turnirdə o, Anatoliy Karpovu məğlub edib.

Qeyd edək ki, Astanadakı çıxış Ş.Məmmədyarov üçün beynəlxalq təqvimdə sonuncu olacaq. Qazaxıstandan öncə onun üçün böyük yarış Moskvadakı Mixail Tal memorialında olub, burada o, bir dəfə də məğlubiyyətə uğramadan turnir təşkilatçılarının xüsusi mükafatına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti