...

Məhəmməd Peygəmbəri təhqir etməkdə təqsirləndirilən Rafiq Tağının cinayət işi üzrə istintaq başa çatıb

Cəmiyyət Materials 25 Dekabr 2006 16:03 (UTC +04:00)

Məhəmməd Peygəmbəri təhqir etməkdə təqsirləndirilən Rafiq Tağının və "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun cinayət işi üzrə istintaq başa çatıb. Bu barədə Trend ə hər iki təqsirləndirilən şəxsin vəkili Səyyad Məmmədov məlumat verib.

Qarşıdan gələn istirahət günləri ilə əlaqədar olaraq iş materiallarının məhkəmə baxışına göndərilməsi ləngiyəcək. Belə ki, materialların məhkəməyə yanvar ayının ilk ongünlüyündə göndərilməsi nəzərdə tutulub.

Rafiq Tağıya istintaq altında saxlanıldığı müddət ərzində ailə üzvləri ilə görüşmək imkanı yaradılıb.

Qeyd edək ki, Rafiq Tağı "Sənət" qəzetində "Avropa və biz" yazısı dərc etdirib. Yazıda Məhəmməd peyğəmbər haqda səslənən fikirlər dindarların və bir sıra şəxslərin etirazına səbəb olub. R.Tağı və S.Sədaqətoğlu barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) cinayət işi başlanıb.

Noyabrın 15-də isə Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib və onlar istintaqa cəlb olunub. Lakin heç bir vəkil Rafiq Tağı ilə Samir Sədaqətoğlunun hüquqlarının müdafiəsini öz üzərinə götürmürdü.

Xəbər lenti

Xəbər lenti