...

2016-cı il olimpiya oyunlarını qəbul etmək hüququ uğrunda Çikaqo və ya Los-Ancels Bakının rəqibləri olacaq

Cəmiyyət Materials 10 Yanvar 2007 17:00 (UTC +04:00)

2016-cı il olimpiadasını qəbul etmək hüququ uğrunda Çikaqo və ya Los-Ancels Bakının rəqibləri olacaq.

Amerika KİV-lərinə istinadən Trend xəbər verir ki, ABŞ tərəfindən namizədin dəqiq adı aprelin ortalarında məlum olacaq, lakin martın 31-nə qədər ölkə tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə ərizə təqdim edilməlidir. ABŞ ərazisində sonuncu dəfə yay olimpiya oyunları 1996-cı ildə Atlantada keçirilib.

Hazırda Azərbaycan da Olimpiadanı təşkil etmək hüququ uğrunda nüfuzlu müsabiqədə iştirak etmək üçün lazımi sənədləri hazırlayır. Bu hüquq uğrunda yarışa İspaniya da qoşulmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti