...

Xocali soyqırımının 15-ci ildönümü ilə əlaqədar Strasburq şəhərində mitinq keçiriləcək

Cəmiyyət Materials 22 Yanvar 2007 12:31 (UTC +04:00)

Xocali soyqırımının 15-ci ildönümü ilə əlaqədar Fransanın Strasburq şəhərində mitinq keçiriləcək. Bu barədə Trend ə Strasburqda fəaliyyət göstərən "Azərbaycan Evi" cəmiyyətinin rəhbəri Mustafa Alınca məlumat verib.
"Azərbaycan Evi", Azərbaycanla Mədəni Əlaqələr və Azərbaycan Kültür Cəmiyyətləri, habele Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası ermənilərin Xocalıda törətdikləri soyqırım barədə həqiqətləri fransız xalqına çatdirmaq üçün bu il məqsədyönlü fəaliyyət proqramı hazırlayıb və geniş təbliğat işlərinə başlayıblar.

XX əsr tarixinin qara səhifəsi olan Xocalı faciəsinin 15-ci ildönümü ilə əlaqədar fevralın 24-də Strasburqun mərkəzindəki Kleber meydaninda (Place Kleber) izdihamli nümayiş keçirilməsi planlaşdırılır. Bunun üçün artıq müvafiq razılıq əldə olunub: "Elzas bölgəsində yaşayan azərbaycanlıların və bütün məsələlərdə bizə dəstək verən türk dərnəklərinby tədbirdə iştirakını təmin etmək məqsədilə həmin təşkilatlarla görüşlər aparılır. İndədən hazırlığımız yüksək səviyyədə gedir və nümayişin keçirilməsi üçün vaxtından əvvəl Strasburq şəhər prefekturunun və yerli polis idarəsinin razılığı alınıb. Strasburq şəhərinə yaxın yerlərdə yaşayan soydaşlarımızın da bu aksiyaya qatılmasını nəzərə alaraq, mitinq şənbə günü fevralın 24-də saat 14.dan 17.00-dək keçiriləcək. Meydanda xüsusi stend qoyulacaq və orada imzalar toplanacaq. Mitinqdə həmçinin fransiz, ingilis dillərində kitablar və Xocalı qətliamına həsr olunmuş fransiz dilində qəzet də paylanacaq. Mitinqin sonunda iştirakçılar tərəfindən qəbul ediləcək qətnamələr Beynəlxal
q Cinayət Məhkəməsinin, Avropa Birliyinin və Avropa Şurasının məsul şəxslərinə çatdırılacaq"-deyə M.Alınca məlumat verib.

Xəbər lenti

Xəbər lenti