...

Kanada azərbaycanlıları ABŞ Konqresinə müraciət ünvanlayıb

Cəmiyyət Materials 5 Fevral 2007 18:03 (UTC +04:00)

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində ermənipərəst konqresmenlərin qondarma "erməni soyqırımı" ilə bağlı hazırladıqları qətnamə layihəsinə etiraz olaraq Kanada Azərbaycan Assosiasiyaları Assambleyası (KAAA) Amerika Konqresinə müraciət ünvanlayıb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə Assambleya üzvü olan təşkilatlar belə irticaçı layihənin müzakirəyə təqdim edilməsindən təəssüfləndiklərini bildirib, erməni diasporu və lobbisinin təbliğat vasitələrinə xidmət edən bu addımın Amerika - Türkiyə və Amerika - Azərbaycan münasibətlərinə xələl gətirəcəyini vurğulayıblar. Müraciətdə həmçinin Ermənistanın Azərbaycan torpaqlarının 20%-dən çox hissəsini işğal etməsi, etnik təmizləmə aparması, Xocalı soyqırımını törətməsi barədə də məlumat verilib.

Müraciətdə qeyd olunub ki, ABŞ Konqresi kimi mötəbər qurumun ermənilərin tarixi reallığı əks etdirməyən saxta iddialarının tanınması kimi yanlış qərar qəbul etmək cəhdi Qafqaz regionunda sülhün bərqərar olunmasına böük maneələr törədə bilər. Müraciətdə 1915-ci ildə erməni silahlı dəstələri tərəfindən Anadoluda türklərə qarşı kütləvi qətliamlar törədildiyi, bu tarixi reallıqların Qərb alimləri tərəfindən yazıldığı da xatırladılır. Sonda Assambleya üzvləri konqresmenləri qondarma "erməni soyqırımı"nın tanınmasına dair layihəni rədd etməyə çağırıblar.

Xəbər lenti

Xəbər lenti