...

Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Məhkəmə Adminstrasiyası üzrə Beynəlxalq Assosiasiyasının vitse-prezidenti vəzifəsinə təsdiq olunub

Cəmiyyət Materials 5 Fevral 2007 19:46 (UTC +04:00)

Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi Eldar Məmmədov Məhkəmə Adminstrasiya üzrə Beynəlxalq Assosiasiyasının Konsultasiya Şurasnın (MABA) vitse-prezidenti vəzifəsinə təsdiq olunub. Bu barədə Trend ə E.Məmmədovun özü məlumat verib.

Bu vəzifədə o, MABA-nın MDB dövlətləri və Mərkəzi Asiyanın bir sıra dövlətlərinin daxil olduğu regional qrupuna rəhbərlik edəcək.

MABA bütün dövlətlərdə məhkəmə menecmentinin və adminstrasiyasının təkmilləşdirilməsi, dünyanın müxtəlif regionlarının məhkəmə sisteminin mütəxəssislər arasında kollegiyalığına köməklik edən beynəlxalq assosiasiyadır. Assosiasiya ədalət məhkəməsinin effektliyini artırmaq və qanunun aliliyini möhkəmləndirmək üçün bir çox dövlətlərin məhkəmə işçilərinin təşəbbüsü ilə bir neçə il bundan əvvəl yaradılıb.

MABA innovasiyalaşdırılmış qərarların tətbiqi, məhkəmə idarəetməsinin effektiv modellərinin yayılması, beynəlxalq səviyyədə məhkəmə adminstrasiyasının inkişafı ilə məşğul olur.

O, bütün arzuedənlərə müxtəlif materiallar və təhsil proqramları təqdim edə bilər, müsbət təcrübənin mübadiləsi məqsədilə kollegiyalığın və əməkdaşlığın inkişafına, həmçinin hökumət və qeyri-hökumət təşkilatlarının məhkəmə hakimiyyətinin möhkəmlənməsi və məhkəmə islahatlarının həyata keçirilməsində işi tamamlamağa kömək edə bilər.

MABA-nın idarə olunması onun prezidenti, Konsultativ Şura və ABŞ-da yerləşən katibliyə rəhbərlik edən Baş Katiblik tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti