...

Milli Teleradio Şurası sədrinin səlahiyyət müddəti 2009-cu ilədək davam edəcək

Cəmiyyət Materials 7 Fevral 2007 12:41 (UTC +04:00)

Bu barədə Trend ə Milli Televiziya və Radio Şurası sədrinin səlahiyyət müddəti 2009-cu ilədək davam edəcək. Bu barədə Trend ə Teleradio Şurasından məlumat verilib.

Qeyd edək ki, Teleradio Şurası 2003-cü ildə yaradılıb və tərkibi 9 nəfər üzvdən ibarət təsdiq edilib. Şuranın 2 üzvü 6 il müddətinə, 2 üzvü 4 il, 2 üzvü isə 2 il müddətinə təyin olunub, 3 yer vakant saxlanılıb. İki ildən sonra səlahiyyət müddəti bitən iki üzvün prezident sərəncamı ilə yenidən Şurada təmsilçiliyi uzadılıb. Bu qayda ilə hər bir Şura üzvünün səlahiyyət müddəti başa çatdıqda (6 ildən, 4 ildən və 2 ildən sonra) dövlət başçısı onların üzvlük səlahiyyətini uzada, yaxud vəzifəsindən azad edə bilər.

Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli qurumun 6 il müddətinə seçilmiş üzvü olduğundan onun bu vəzifədə təmsilçiliyi 2009-cu ilədək davam edəcək. O, 2003-cü ildə Teleradio Şurasının tərkibi formalaşdırıldıqdan sonra qurumun ilk iclasında sədr seçilib. Hazırda isə Teleradio Şurasında iki vakant yer saxlanılıb.

Xəbər lenti

Xəbər lenti