...

Ombudsman Gürcüstandakı 15 azərbaycanlı məhbusun qaytarılması ilə bağlı danışıqlar aparır

Cəmiyyət Materials 15 Mart 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı / " müxbir İ.Əlizadə/ Azərbaycan ombudsmanı Gürcüstan həbsxanalarında cəza çəkən 15 nəfər azərbaycanlı məhbusun Azərbaycana təhvil verilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə məlumat verən ombudsman Elmira Süleymanova bildirib ki, Gürcüstan ombudsmanı bununla bağlı Azərbaycan tərəfinə müraciət edib.

"Hazırda məsələ ilə bağlı yazışmalar aparılır. Eyni zamanda biz Azərbayanın həbsxanalarında neçə nəfər Gürcüstan vətəndaşının cəza çəkdiyini araşdırırıq", - deyə Elmira Süleymanova bildirib.

O qeyd edib ki, bir müddət əvvəl Gürcüstan ombudsmanı ilə qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu məsələlər də həmin əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti